İmişlidə çayda onlarla ümumvətəndaş pasportları tapıldı

İmişlidə çayda onlarla ümumvətəndaş pasportları tapıldı
12:25 14-06-2018 | icon 32

İmişlidə çaydan çoxlu sayda ümumvətəndaş pasportu tapılıb.

milletinsesi.info APA-ya istinadən xəbər verir ki, İmişli rayonunun Sarıxanlı kəndində yeniyetmələr Araz çayının qolu olan Boztəpə çayında çimərkən sellofan torba tapıblar.

Uşaqların valideynləri tərəfindən hüquq-mühafizə orqanlarına təhvil verilən torbada Azərbaycan vətəndaşlarına məxsus 57 ədəd ümumvətəndaş pasportu aşkar edilib. 

Pasportların Şəki, Zaqatala və Balakən sakinlərinə məxsus olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.