Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb
11:15 14-06-2018 | icon 19

Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb.

Dövlət Statistika Komitəsindən milletinsesi.info-a verilən məlumata görə, ölkədə əhalinin sayı ilin əvvəlindən 25018 nəfər artaraq, 2018-ci il may ayının 1-i vəziyyətinə 9923103 nəfərə çatıb. 

Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 115 nəfər olub. 

Əhalinin ümumi sayından 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşıb, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.