Böyük futbol həyəcanı başlayır

Böyük futbol həyəcanı başlayır
09:30 14-06-2018 | icon 22

Futbol üzrə dünya çempionatı Moskvanın “Lujniki” stadionunda Rusiya və Səudiyyə Ərəbistanı milliləri arasındakı oyunla start götürəcək. 

milletinsesi.info xəbər verir ki, Rusiya ilk dəfə bu yarışa ev sahibliyi edəcək.

Oyunlar 11 şəhərdə yerləşən 12 stadionda keçiriləcək və iyulun 15-də “Lujniki” stadionunda keçiriləcək final oyunu ilə yekunlaşacaq. 

21-ci dünya çempionatında 32 komanda səkkiz qrupda mübarizə aparacaq. 1/8 finala çıxmaq üçün komandalar qrupda I və ya II yerləri tutmalıdır.