Portuqaliyalı azarkeş Rusiyaya velosipedlə gəldi – VİDEO

Portuqaliyalı azarkeş Rusiyaya velosipedlə gəldi – VİDEO
22:45 13-06-2018 | icon 25

Portuqaliyalı futbol azarkeşi Elder Batişta futbol üzrə dünya çempionatına görə Rusiyaya velosipedi ilə səfər edib.

milletinsesi.info xəbər verir ki,  azarkeş bu haqda öz “Facebook” səhifəsində məlumat paylaşıb.

“Tam rəsmi.Mən artıq Rusiyadayam”, - deyə o yazıb.

Batişta öz doğma Alenker qəsəbəsindən mayın 6-da yola düşüb. Uzun keşməkeşli yolu İspaniya, Fransa, Almaniya, Polşa, Litva və Latviyanın ərazisindən keçib.  Ümumilikdə 4,7 min kilometr qət edib.

F.M.