Səudiyyə şahzadəsi DÇ-2018 üçün otelin bütün mərtəbəsini icarəyə götürdü

Səudiyyə şahzadəsi DÇ-2018 üçün otelin bütün mərtəbəsini icarəyə götürdü
20:40 13-06-2018 | icon 16

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman əl-Səud  Moskva səfəri zamanı öz nümayəndə heyəti ilə Kreml yaxınlığında yerləşən “Ritz Carlton” otelinin 11-ci mərtəbəsini tamamilə tutacaq.

milletinsesi.info xəbər verir ki, bu haqda “Daily Storm” məlumat yayıb.

Məlumata görə, şahzadə və onun nümayəndə heyəti DÇ-2018-in açılışı üçün Rusiyaya doqquz təyyarədə gələcək. Onu öz cangüdənləri ilə yanaşı Kreml və Dövlət Dumasının təhlükəsizlik xidmətinin əməkdaşları mühafizə edəcək.

Otelin 11-ci mərtəbəsinə yalnız xüsusi buraxılışı olan şəxslərin qalxa biləcəyi bildirilir.

“Ritz Carlton” hələ ki, məsələyə münasibət bildirməyib.

F.M.