Rəqs edən zaman gənci güllələdi – VİDEO

Rəqs edən zaman gənci güllələdi – VİDEO
20:15 13-06-2018 | icon 26

ABŞ-ın Denver şəhərinin gecə klublarından birində ehtiyatsızlıqdan bir nəfəri yaralayan Federal təhqiqatlar bürosunun agenti barəsində cinayət işi açılıb.

milletinsesi.info BBC-yə istinadən xəbər verir ki, Çeyz Bişop adlı agent rəqs edən zaman ətrafdakıların diqqətini cəlb etmək üçün salto hərəkəti yerinə yetirib.

Bu zaman üzərindəki xidməti tapança yerə düşüb və açılan atəşdən qarşıda duran şəxs ayağından yaralanıb.

Agent ötən gün könüllü şəkildə polisə təslim olub və onun barəsində ikinci-dərəcəli hücum maddəsi ilə cinayət işi açılıb. Müayinə nəticələrində onun qanında spirtli içki izləri aşkarlanacağı təqdirdə əlavə ittihamların irəli sürüləcəyi bildirilir.

F.M.