Alfa Liqada qrup oyunları başa çatdı

Alfa Liqada qrup oyunları başa çatdı
16:40 13-06-2018 | icon 22

“AzFar Group”un təşkilatçılığı ilə keçirilən mini futbol üzrə Alfa Liqasında qrup mərhələsinə yekun vurulub.

milletinsesi.info xəbər verir ki, son turdan sonra növbəti mərhələyə aşağıdakı komandalar vəsiqə qazanıb:

Beləliklə, İOSC, “Rezident”, “Turin”, “İce”, KATV1, “Zirə”, “Galaxy”, “Uğur”, “Sirena Motors”, “Bayern Bakı”, “Peçat Dönər”, “Timsport”, STP və “Borçalı” komandaları 1/8 finala vəsiqəni təmin edib.

C qrupunda mübarizə aparmış daha iki komandadan hansının 1/8 finalda oynayacağına isə sonra aydınlıq gələcək. Buna səbəb son turda bu qrupda baş vermiş iki oyunun nəticələrinin ləğv olunmasıdır.

Beləliklə, 1/8 final cütlükləri bunlardır:

İOSC – “İce”

“Turin” – “Rezident”

??? – “Zirə”

KATV1 – ???

“Galaxy” – “Bayern Bakı”

“Sirena Motors” – “Uğur”

“Peçat Dönər” – “Borçalı”

STP – “Timsport”

Qeyd edək ki, çempionatın bombardiri İOSC komandasından Emin Əliyevdir. O,  yeddi qol vurub. Onu altı qolla “Sirena Motors”dan Əlsalam Həmidov izləyir. 

Səbuhi TOFİQOĞLU