Tramp: Şimali Koreya tərəfindən nüvə təhdidi daha yoxdur

Tramp: Şimali Koreya tərəfindən nüvə təhdidi daha yoxdur
15:15 13-06-2018 | icon 15

Şimali Koreya tərəfindən nüvə təhdidi artıq mövcud deyil.

milletinsesi.info xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Donald Tramp “Twitter” hesabında yazıb. 

“Şimali Koreya tərəfindən nüvə təhdidi daha yoxdur. Kim Çen In ilə görüş maraqlı və müsbət olub. Şimali Koreyanın gələcək potensialı əladır”, - dövlət başçısı yazıb. 

Onun sözlərinə görə, ABŞ-ın sabiq prezidenti Barak Obama Şimali Koreyanı “ən böyük və təhlükəli problem” adlandırmışdı. 

“Daha yoxdur, bu gün rahat yatmaq olar”, - Tramp deyib.