Zahid Oruc: eynək taxan şagirdlərin sayının artmasından narahatdır

Zahid Oruc: eynək taxan şagirdlərin sayının artmasından narahatdır
16:21 18-05-2018 | icon 163

 

Olimpiadada iştirak edən 300-ə yaxın şagirdin 120-yə yaxının gözündə eynək var idi. Bu, çox ciddi məsələdir. Niyə onların gözləri zəifləyib?

milletinsesi.info xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə çıxışı zamanı deyib.

Millət vəkili qeyd edib ki, bu yaxınlarda Olimpiada qaliblərinin mükafatlandırılması mərasimində iştirak edib.

“Bu insanlar millətin qürurverici təbəqəsidir. Biz onlarla qürur duyuruq. Eyni zamanda, biz orada üzücü bir mənzərə ilə rastlaşdıq. Olimpiadada iştirak edən 300-ə yaxın şagirdin 120-yə yaxının gözündə eynək var idi.

Bu, çox ciddi məsələdir. Niyə onların gözləri zəifləyib? Bəlkə, biz qida rasionunu dəyişməliyik, ya başqa addımlar atmalıyıq?! Bütün hallarda məktəbliləri əhatə edən bu problemin həlllinə yönəlik işlər görməliyik”, - deyə o, sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU