Səməd Seyidov: Sanksiyaya məruz qalmağımdan şərəf duyuram

Səməd Seyidov: Sanksiyaya məruz qalmağımdan şərəf duyuram
16:20 18-05-2018 | icon 158

 

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ona qarşı tətbiq edilən sanksiya ilə bağlı Milli Məclisdə çıxış edib. 

milletinsesi.info-ın xəbərinə görə, o qeyd edib ki, bir insan kimi onun üçün bu, asan deyil, çünki ədalətsizliklə qarşılaşıb: 

“Uzun illər Avropada fəaliyyət göstərmişəm. İndi işlədiyim yerdə sanksiya ilə üzləşmək mənim üçün asan deyil. 

Ancaq buna baxmayaraq, bundan şərəf duyuram. Çünki dövlətimin milli maraqları uğrundakı fəaliyyətimdə bununla rastlaşmışam. Bu sanksiya Azərbaycana qarşı ikili standartların nəticəsidir.

Necə olur ki, etnik təmizləmə siyasəti aparan Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmur, amma Azərbaycana qarşı sanksiyalar tətbiq olunur?! 

Azərbaycan prezidentinin fəaliyyəti, iri layihələrdə Azərbaycanın rol alması, TANAP alyihəsinin bir aydan sonra işə düşməsi, Böyük Britaniya ilə müqavilənin uzadılması dövlətimizin qüdrətidir və heç kim bunu sarsıda bilməz. 

Səməd Seyidov bu gün nümayəndə heyətinin rəhbəridir, sabah sıravi bir insandır. Bizim balalarımız bu gün cəbhədə canlarını qoyurlar, bizim siyasi cəbhədə fəaliyyətimiz bundan üstün deyil”.

Kamil HƏMZƏOĞLU