Dünya çempionatında ilk qırmızı vərəqə göstərən hakim vəfat etdi

Dünya çempionatında ilk qırmızı vərəqə göstərən hakim vəfat etdi
15:00 18-05-2018 | icon 26

Dünya Çempionatında iştirak etmiş ilk türk hakim Doğan Babacan 88 yaşında vəfat edib. 

milletinsesi.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, dünya çempionatları tarixində ilk qırmızı vərəqə göstərmiş hakim kimi tarixə düşüb. 

Babacan 1974-cü ildə Almaniyada keçirilən dünya çempionatında Almaniya - Çili qarşılaşmasını idarə edib. 

Qarşılaşmanın 67-ci dəqiqəsində hakim çilili futbolçu Karlos Kaszeliyə qırmızı vərəqə göstərib. Kaszeli həmin vaxt alman futbolçu Berti Foqtsa qarşı kobud oynamışdı.