Deputatlara əlavə səlahiyyət verilsin - TƏKLİF

Deputatlara əlavə səlahiyyət verilsin - TƏKLİF
14:05 18-05-2018 | icon 22

Parlamentdə “Hesablama Palatası haqqında” yeni qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.

milletinsesi.info xəbər verir ki, çıxış edən  parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri  Ziyad Səmədzadə deyib ki, sənədin I oxunuşda təsdiqindən sonra keçən 5 ay ərzində 30-dan çox maddəyə texniki və məzmun düzəlişləri edilib: 

“Bunlar həm kəmiyyət, həm də keyfiyyət baxımından edilən dəyişikliklərdir. Bu dəyişikliklər müsbət təsirini göstərəcək. Onlar həm ölkədaxili qanunvericlik aktlarını, həm də beynəlxalq standartları nəzərdən keçirməklə həyata keçirilib. Dəyişikliklər Palatanın funksiyaları, audit tədbirləri, korrupsiya ilə bağlı hüquqpozmalara qarşı mübarizəsi ilə bağlıdır.

Müzakirələr zamanı millət vəkili Qüdrət Həsənquliyev Hesablama Palatasının qanunvericiliklə səlahiyyətlərinin artırılması təklifini verib:

“Mən də belə hesab edirəm ki, bu Palatanın səlahiyyətləri artırılmalıdır”.

Millət vəkili Musa Quliyev isə deputatlara Hesablama Palatası qarşısında məsələ qaldırmaqla bağlı hüququn verilməsini təklif edib:

“Çünki müəyyən problemlər, narahatlıqlarla bağlı deputatlara da müəyyən siqnallar daxil olur. Ona görə də həmin problemlərlə, narahatlıqlarla bağlı deputatlara Hesablama Palatası qarşısında məsələ qaldırmaq hüququ, səlahiyyəti verilməlidir. Əgər belə hüquq verilərsə, bəzi problemləri vaxtında və yerində həll etmək olar”.

Qanun layihəsi II oxunuşda səsə qoyularaq qəbul edilib.

Kamil HƏMZƏOĞLU