Əmlak çıxarışları telefona göndəriləcək

Əmlak çıxarışları telefona göndəriləcək
11:20 18-05-2018 | icon 19

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) əmlakın qeydiyatında yeniliklərə başlayır.

Komitədən milletinsesi.info-a verilən məlumata görə, mühüm yeniliklərdən biri çıxarışların cəmi 1 iş günü müddətində, digər vacib dəyişiklik çıxarışların elektron şəkildə verilməsidir. 

Komitə bildirir ki, əhali bu yeniliyə böyük maraq göstərir – qısa müddət ərzində 2000 nəfərdən çox elektron çıxarış alıb. Qeyd edək ki, elektron çıxarışlar vətəndaşın sistemdə yaratdığı elektron kabinetə yüklənir. Bu kabinetə həm adi kompüter, həm də mobil telefon vasitəsilə daxil olmaq mümkündür. Nəticədə əmlakın qeydiyyatı çıxarışını elektron kabinetdən telefona yükləmək və istifadə etmək olar.

Ümumiyyətlə əmlak sahibləri qeydiyyat zamanı 24 sayda elektron xidmətdən istifadə edə bilərlər. Bu xidmətlər qeydiyyatın onlayn aparılmasına, əmlak çıxarışlarının daha sürətli verilməsinə şərait yaradır ki, bu da biznes əməliyyatlarına olan tələbatın ödənilməsinə imkan verir.

Əmlakın qeydiyatı ilə bağlı xərclərin əvvəlcədən öyrənilməsi üçün isə Əmlak Kalkulyatoru işə düşüb.

Komitənin elan etdiyi yeni iş prinsipi də artıq bəzi sosial layihələr vasitəsilə reallaşdırılır. Belə ki, “kütləvi çıxarış” və “mobil ofis” kampaniyalarında əhali uzaq məsafə qət etmədən, ərazi idarəsinə getmədən əmlakını qeydiyyatdan keçirə bilir.

Paralel olaraq komitə əhalinin qeydiyat xidmətləri ilə bağlı rəylərini də toplayır. Bunun üçün xidmətdən istifadə edənlərə əks zənglər edilir və əhali arasında sorğular keçirilir, bu sorğular problemləri aradan qaldırmaq və xidmətin keyfiyyətini artırmaq üçün istifadə ediləcək.