“eMotion32” - gülüşü yenidən kəşf et

“eMotion32” - gülüşü yenidən kəşf et
11:06 18-05-2018 | icon 26

19 may jurnalist və bloqer Ramin Musayevin müəllifi olduğu “eMotion32” sosial layihəsinin təqdimatı və foto sərgisi Azərbaycan Milli İncəsənət Muzeyində bağlı təqdimetmədə təqdim olunacaq. 

“Pessimist insanlar neqativ əhval-ruhiyyəni sosial şəbəkələrdə yayır. Bu da öz növbəsində ətrafdakılara təsir edərək, onların da əhval-ruhiyyəsini pozur. Pessimist fikirlərlə yaşayan insanın uğur qazanma şansı sıfıra enir. Çünki bizim şüuraltında olan fikirlərimiz edəcəyimiz hər bir addımın öncədən uğursuz olmasına yol açır. Mən uğurlu, optimist və hər zaman gülərüz olan sosial aktiv şəxsin portretlərini nümayiş etdirərək, hamını pozitiv və gülərüz olmağa çağırıram. 

Mənə bu layihəni həyata keçirеməkdə “Samsung” şirkəti dəstək olub. Mən qəhrəmanlarımı müasir smartfona çəkərək, şəkillərə heç bir müdaxilə olmadan nümayiş etdirirəm. Bu şəkillər gündəlik həyatda çəkilən şəkillərdən ibarətdir.

Gəlin birlikdə gülüşü yenidən kəşf edək, həyatımızı dəyişək!” -, deyə layihənin müəllifi Ramin Musayev təklif edir.

Sərgi 20-25 May tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində nümayiş etdiriləcək. Giriş sərbəstdir.