Səudiyyə Ərəbistanında qədim insanın izləri aşkarlanıb

Səudiyyə Ərəbistanında qədim insanın izləri aşkarlanıb
02:10 18-05-2018 | icon 21

Səudiyyə Ərəbistanının şimal-qərbində yerləşən Tabuk şəhərində arxeoloqlar qədim insanın ayaqlarının daş bağlamış izlərini aşkarlayıb.

milletinsesi.info “Newsru.co.il” saytına istinadən xəbər verir ki, alimlər ayaq izinin təxminən 85 min il əvvəl yaşamış insana aid olduğunu müəyyən edib.

Tapıntı qədim insanların əvvəl düşünüldüyündən daha erkən Afrikanı tərk etmələri ilə bağlı nəzəriyyəni isbat edir.

Həmin dönəmlərdə Səudiyyə Ərəbistanının şimal-qərb bölgəsi çoxsaylı göllərin yer aldığı məkan olub. Tabuk yeni qitəyə köçən insanların ən qədim duracaqlarından sayılır.

Bundan əvvəl həmin bölgədə on minlərlə il əvvəl yaşamış insanın barmağı tapılmışdı.

F.M.