Azərbaycan qərənfilləri Rusiyaya buraxılmadı

Azərbaycan qərənfilləri Rusiyaya buraxılmadı
01:00 18-05-2018 | icon 22

Dağıstanın gömrük postunda Azərbaycan ərazisindən qanunsuz yolla Rusiyaya keçirilməyə çalışılan minlərlə qərənfil saxlanılıb.

milletinsesi.info xəbər verir ki, bu barədə “nc4.info” məlumat yayıb.

Məlumata əsasən Azərbaycandan Rusiya sərhədini keçməyə çalışan “Mercedes Benz” markalı avtomobilə baxış keçirilən zaman,  gömrükçülər maşının baqajında və salonunda ümumilikdə 191 kq çəkidə  5 min qərənfil aşkarlayıb.  

Müvafiq gömrük sənədi ilə müşayiət olunmayan malın müsadirə olunduğu bildirilir.

Faktla əlaqədar gülləri daşıyan Azərbaycan vətəndaşına qarşı iş açılıb.

F.M.