"Yanğından sonra körpələrin şəklinə baxıb ağlayan yerdə görmüşdüm sizi, Xaləddin müəllim"

"Yanğından sonra körpələrin şəklinə baxıb ağlayan yerdə görmüşdüm sizi, Xaləddin müəllim"
23:27 17-05-2018 | icon 162

Xəbər verdiyimiz kimi, Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov işindən azad edilib.
 
AZXEBER.COM xəbər verir ki, adı ətrafında çoxsaylı qalmaqalların yaşandığı, fəaliyyəti ilə Binəqədi sakinlərinin narazılığına səbəb olunan Xaləddin İsgəndərovun vəzifədən çıxarılmasına sosial şəbəkələrdə çoxsaylı və müxtəlif reaksiyalar olub.
 
 
Mövzunun aktuallığını nəzərə alaraq ən maraqlı statusları sizə təqdim edirik:
 
Nəsimi Paşayev, Bakı Metropolitetinin mətbuat xidmətinin rəhbəri: "Sərəncam heç özünə çatmamış başlayırsız döşəməyə. Bir səbriniz olsun da, bəlkə Bakı ŞİH təyin edildi".
 
Fuad Əsgərov, gənc fəal: "Binəqədi icra başçısının getməsinə insanlar qurban kəsməyı hazırdı :). Xalqın sevgisini qazanın kreslo gəldi-gedərdi...
 
Qoşqar Salmanlı, jurnalist: "Yığışıb gedirəm evə..." Bunu işdən azad edilən icra başçısı deyib. Yazıq incik gedir... "Azadlıq" metosunun üstündə parkı dağıdıb, ticarət mərkəzi, bina tikəndə heç incik danışmırdı..."
 
İsmayıl Nəsibli, jurnalist: "Xaləddin İsgəndərov Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bəs bilmirdin hasarı uçduğu üçün tikinti işləri aparan şəhid ailəsinin evinə adam göndərməyin sonu belə olacaq?"
 
Nuridə Allahyarova, jurnalist, Binəqədi icra hakimiyyətinin keçmiş əməkdaşı: "Mən özümü bu cəmiyyətə ən lazımlı sizinlə işlədiyim dönəmdə hiss etmişəm. Bir dəfə dediniz ki, "səndən məmur edə bilmədim",. Məncə mən elə sizinlə işləyəndə məmur olmağı öyrəndim. Danladığınızdan 5 dəqiqə sonra "Allahyarova, filan iş nə yerdədir" deyə zəng edib heç nə olmamış kimi söhbətinizlə barışırdım. Hirsli kütlə önünə çıxmamanız üçün təkid etdiyimizdə "orda mən olmalıyam" deyə bütün günü kütlənin içində olmağınızı kənardan qürurla seyr edirdim. Mən yanğından günlər sonra "o körpələrin şəkilləri yaman ağırdır. Allahyarova" deyə gözünüzdə yaş görmüşəm. Xaləddin müəllim, yadınızda deyirdim "biz sizinlə güclüyük". Bilirəm küsmüsünüz məndən, bəlkə mən doğrudan da istədiyiniz kimi məmur ola bilmədim, qaçdım. Amma siz tanıdığım ən yaxşılardansınız. Həmişə deyirdiniz ki, prezidentin verəcəyi işimə xitam sərəncamı təyinatım qədər mənim üçün önəmli olacaq. Cənab prezidentin yerinizə təyinatı kim olacaqsa ona uğurlar. Sizə isə can sagligi arzu edirəm". 
 
Bu statusa şərh yazan jurnalist Azər Niftiyevin fikri də maraqla qarşılanıb: "Elə təsirli yazmısız ki, adam elə bilir, Xaləddindən yazmamısız".