Həmsədrlər Ermənistana səfər edəcək

Həmsədrlər Ermənistana səfər edəcək
18:35 17-05-2018 | icon 16

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) gələn ay Ermənistana səfər edəcəklər.

milletinsesi.info-ın xəbərinə görə, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib.

“Həmsədrlər iyun ayında Ermənistana səfər edəcəklər. Aydındır ki, Ermənistanda hökumət dəyişib, xarici işlər naziri dəyişib. Ən azı tanışlıq səfəri edəcəklər”, - deyə o vurğulayıb.