Ramanada yol tikintisinə pul ayrılıb

Ramanada yol tikintisinə pul ayrılıb
17:50 17-05-2018 | icon 21

Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb. 

milletinsesi.info xəbər verir ki, sərəncama əsasən, Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində on üç min nəfər əhalinin istifadə etdiyi, ümumi uzunluğu 3,2 kilometr olan avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,7 milyon (üç milyon yeddi yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.