Yerevanda etirazçılar Baş Prokurorluğu blokadaya aldı

Yerevanda etirazçılar Baş Prokurorluğu blokadaya aldı
14:30 17-05-2018 | icon 18

Ermənistan baş prokuroru Artur Davtyanın istefasını tələb edən Yerevan sakinləri binanın girişinə toplaşıblar. 

milletinsesi.info bununla bağlı TASS agentliyinə istinadla xəbər verir. 

10-15 nəfərdən ibarət qrup prokurorluq nümayəndələrinin binaya daxil olmasına imkan verməyib. 

Davtyanın istefasının tələb olunmasında səbəb onun baş nazir Nikol Paşinyanla fikir ayrılığıdır. Paşinyan ölkədə siyasi məhbusların olduğunu desə də, Davtyan bunu inkar edib.