YENİ NAZİR KÜTLƏVİ “TƏMİZLİYƏ” BAŞLADI - DSMF-nin 4 rayon müdirini işdən çıxardı

YENİ NAZİR KÜTLƏVİ “TƏMİZLİYƏ” BAŞLADI - DSMF-nin 4 rayon müdirini işdən çıxardı
12:32 17-05-2018 | icon 243

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev kadr dəyişikliklərini davam etdirir.

Mia.az-a daxil olan məlumata görə,S.Babayevin əmri ilə ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal, Suraxanı, Xətai və Sabunçu rayon şöbələrinin müdirləri də işdən kənarlaşdırılıb.

Qeyd edək ki, DSMF-nin Suraxanı şöbəsinin müdiri Şahalı Cəbiyev sabiq arapat rəhbəri Əjdər Cəbiyevin qardaşıdır.

Bundan əlavə, Nazirliyin daxili nəzarət şöbəsinin müdiri, eləcə də aparatın ümumi şöbənin müdiri işdən çıxarılıb.