Pul vermədiyinə görə bağçada uşağı döydülər – VİDEO

Pul vermədiyinə görə bağçada uşağı döydülər – VİDEO
12:21 17-05-2018 | icon 134

Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 285 saylı uşaq bağçasında tərbiyəçi kiçik qız uşağını döyüb.

milletinsesi.info Open.az-a istinadən xəbər verir ki, bu barədə uşağın valideyni Leyla Əlizadə məlumat verib.

lady gaga

Valideyn bağçada aylıq adı ilə yığılan rüşvətə etiraz etdiyi üçün övladının döyüldüyünü iddia edib:

“Bağçaya yeni təyin edilən müdir Səidə Xudiyeva valideynləri 20 manat ödəməyə məcbur edib. Valideynlər bu məsələyə narazılıqlarını bildiriblər. Ondan sonra Bakı Şəhər İcra Hakimiyyətinə və müəyyən yerlərə müraciət etdik.

Ən çox etiraz edən valideynlərdən biri də mənəm. Buna görə tərbiyəçisi Təranə övladımı döyüb. Qızımı çimdikləyərək, bu vəziyyətə salıb. Bədəninin müəyyən yerlərində qançırlar var. Bizimlə prinsip aparırlar”.

Hadisə ilə bağlı açıqlama verən bağçanın təsərrüfat müdiri uşağın döyülmədiyini və müdirə böhtan atıldığını bildirib:

“Yayılan xəbər yalnışdır. Uşağın valideyni müdirə böhtan, şər atır. Elə bir hadisə baş verməyib. Bağçamızda təhlükəsizlik kamerası da var. Hər şeyi sübut edə bilərik”.

Qeyd edək ki, uşağın valideyni Leyla Əlizadə yeni müdirin aylıq haqqı kimi hər kəsdən 20 manat pul yığdığını söyləyib. Pulu vermədiyinə görə övladının tərbiyəçi tərəfindən döyüldüyünü iddia edib.