Ərdoğan Qüds hadisələri ilə bağlı mitinqlər keçirəcək

Ərdoğan Qüds hadisələri ilə bağlı mitinqlər keçirəcək
09:50 17-05-2018 | icon 18

Cümə günü - mayın 19-da Türkiyənin “Yeniqapı meydanında Qüdsdə baş verən 14 may qanlı bazar ertəsi hadisələrinə etiraz əlaməti olaraq mitinq keçiriləcək.

milletinsesi.info-ın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:

“Cüma günü günortadan sonra “Yeniqapı” meydanında zülmə qarşı böyük həmrəyliyimizi, birliyimizi, mitinqimizi gerçəkləşdirəcəyik. Eyni zamanda, bazar günü Diyabəkirdə fələstinli qardaşlarımızla həmrəylik üçün mitinq keçirəcəyik”.

Ərdoğan müxalifət liderlərini, prezidentliyə namizədləri də “Yeniqapı” mitinqinə qatılmağa dəvət edib.

Kamil HƏMZƏOĞLU