Hansı məşhurlarımız oruc tutacaq?

Hansı məşhurlarımız oruc tutacaq?
09:00 17-05-2018 | icon 19

Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın.

“Qurani-Kərim”də yazılan bu kəlimələr  Müqəddəs Ramazan ayı ilə bağlıdır.

Bu gündən etibarən start götürən mübarək ay on bir ayın sultanı hesab olunur.

Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Bu ayda insanlar oruc tutaraq bir çox günahlarından təmizlənmək istəyirlər.

Bəs məşhurlarımız necə? Ramazan ayında oruc tutub, aclığı hiss edəcəklərmi?

milletinsesi.info Ramazan ayı ilə bağlı məşhurlar arasında apardığı sorğunu təqdim edir:

Müğənni Nigar Camal:

“Oruc tutmağa çalışmışam. Amma heç vaxt alınmayıb. Çaysız qala bilmirəm”.

Aparıcı İlkin Həsəni:

“Səfərlərim çox olduğu üçün oruc tuta bilməyəcəm”.

Prodüser Təranə Səmədova:

“Oruc tutmayacam. Deistəm. Bütün dinlərə hörmətim var. Lakin tək Allaha inanıb, ona itaət edirəm”.

Müğənni Çinarə Məlikzadə:

“Sağlamlığımla bağlı problemlərim var deyə, dərmanlar qəbul edirəm. Ona görə də, oruc tutmayacam”.

Aktyor Kamran Ağabalayev:

“Çəkilişlərimiz çoxdur, oruc tutmayacam”.

Teleaparıcı Vüsalə Kərimova:

“Hər il Ramazanda oruc tuturam. Nəinki Ramazanda, Şaban ayı başlayandan oruc tuturam. 2-3 gündür fasilə vermişəm ki, Ramazan başlayanda gücüm olsun. Ramazan bitənədək oruc tutacam. Allah hamının orucunu qəbul etsin”.

Bəstəkar Murad Arif:

“İnşallah nəfsimizə hakim ola bilək. Allah ruzimizi versin. Tutmağa çalışacam”.

Aktrisa Xumar Səlimova:

“Mənim din anlayışım başqadır. Allaha inanıram. Amma oruc tutmuram”.

Müğənni Səbinə Əskərova:

“Susuzluğa və istiyə dözümüm yoxdur. Məndə alınmayacaq. Allah bütün oruc tutanların orucunu qəbul etsin”.

Bəstəkar Pərviz Mahmudov:

“Mən 12 ildir oruc tuturam. Bu, hər bir müsəlmanın borcudur”.

Aktrisa Cəmilə Tağızadə:

“Qayınanam və həyat yoldaşım oruc tutacaq. Mən də onlara gözəl iftar süfrəsi hazırlayacam. Mən də alınmır. İftar qonaqlığı ilə bu ili yola verəcəm. Görək gələn il nə olur”.

Pərviz Hüseyn