Zukerberq Avropa Parlamentinə ifadə verəcək

Zukerberq Avropa Parlamentinə ifadə verəcək
02:20 17-05-2018 | icon 25

“Facebook” təsisçisi Mark Zukerberq Avropa Parlamentinin dinləmələrində çıxış edəcək.

milletinsesi.info xəbər verir ki, bu barədə Avropanın ədliyyə məsələləri üzrə ali komissarı Vera Yurova öz “Twitter” səhifəsində açıqlama verib.

“Mark Zukerberq AP-nin təklifini qəbul edib və konfidensiallıq məsələləri ilə bağlı sualları cavablandırmaq üçün Brüsselə gələcək”, - deyə komissar yazır.

Yurovanın sözlərinə görə, dinləmlər mətbuata qapalı keçiriləcək.

Bundan əvvəl Zukerberq “Facebook”dan şəxsi məlumatların sızması ilə bağlı qalmaqala görə ABŞ senatına ifadə vermişdi. 

Məlumata görə, “Cambridge Analytica” şirkəti seçkilərlə bağlı analitik hesabatına hazılanmasında 87 milyona yaxın istifadəçinin məlumatlarından onların icazəsi olmadan istifadə edib.

F.M.