“Atletiko” Avropa Liqasının qalibi oldu

“Atletiko” Avropa Liqasının qalibi oldu
00:45 17-05-2018 | icon 16

Avropa Liqasının qalibi müəyyənləşib.

milletinsesi.info xəbər verir ki, Fransanın “Park Olympique Lyonnais” stadionunda keçirilən final matçında Madridin “Atletiko” klubu Fransanın “Marsel” klubuna 3:0 hesabı ilə qalib gəlib.

Hesabı oyunun 21-ci dəqiqəsində Qrizman açıb. İkinci hissənin əvvəlində fransalı forvard dubla imza atıb. 89-cu dəqiqədə Qabi  “Atletiko”nu  yenidən önə çıxararaq böyük hesablı qələbəni təmin edib.

F.M.