ABŞ Gürcüstanda hərbi təlim mərkəzi açır

ABŞ Gürcüstanda hərbi təlim mərkəzi açır
23:30 16-05-2018 | icon 19

Mayın 18-də Vaziyanidə Gürcüstan silahlı qüvvələrinin hərbi təlim mərkəzi açılacaq.

milletinsesi.info TASS-a istinadən xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri Levan İzoriya bildirib.

Tbilisidə Cənubi Qafqazın təhlükəsizliyi ilə bağlı konfransda çıxış edən İzoriya, ABŞ-ın 2018-2020-ci illərdə sözügedən bazada gürcü əsgər və zabit heyətinin hərbi hazırlıq səviyyəsinin artırılması ilə məşğul olacağını diqqətə çatdırıb.

Söhbət Gürcüstan ordusunun doqquz taborundan gedir.

Xatırladaq ki, Gürcüstan hökuməti fevral ayında belə təlim mərkəzinin yaradılmasını nəzərdə tutan dövlət layihəsi haqqında yerli ictimaiyyəti məlumatlandırmışdı.  

F.M.