Qara qızıl bahalaşıb

Qara qızıl bahalaşıb
09:10 26-04-2018 | icon 23

Aprelin 26-da dünya birjalarında neftin qiyməti bahalaşıb.

milletinsesi.info xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,38 dollar və ya 0,56% artaraq 68,43 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,48 dollar və ya 0,65% artaraq 74,84 dollar olub.