ABŞ-da avtomobil tornadoya düşdü – VİDEO

Loading...
ABŞ-da avtomobil tornadoya düşdü – VİDEO
19:55 17-04-2018 | icon 18

ABŞ-ın Arkanzas ştatında gənc cütlüyün olduğu avtomobil güclü qasırğaya düşüb.

milletinsesi.info xəbər verir ki, insident aprelin 13-də Maunteynburq şəhər kənarı yolunda baş verib.

Savana və əri Brendon yeni aldıqları avtomobillə evə qayıdarkən qəfil peyda olan tornado onların avtomobilin alt-üst edib.

Cütlüyün bəxti onda gətirib ki, hər ikisi təhlükəsizlik kəmərini taxıb. Əks təqdirdə onlar ən yaxşı halda ağır xəsarətlər alacaqdı. Hadisənin görüntüsünü Savana “Facebook” səhifəsində paylaşıb.

F.M.

loading...