Makron özünü Putinlə müqayisə etdi

Loading...
Makron özünü Putinlə müqayisə etdi
19:25 17-04-2018 | icon 15

Fransa prezidenti Emmanuel Makron jurnalistlərlə keçirdiyi qeyri-rəsmi görüşdə özünü Putinlə müqayisə edib.

milletinsesi.info xəbər verir ki, bu barədə Fransa mətbuatı yazır.

“BFMTV” jurnalistləri  Jan Jak Burden və “Mediapart” media resursunun rəhbəri Makronun Yelisey sarayında ilk ildönümü münasibəti ilə aldıqları müsahibədən sonra Fransa lideri ilə qeyri-rəsmi görüş keçirib.

“Mən Putinin bərabəriyəm. Bundan başqa Putin məni başa düşür”,- deyə Makron görüşdə bildirib.

Makron Qərbin  Suriyaya endirdiyi zərbələrə də münasibət bildirib.

“Suriyaya endirilmiş bu zərbələrdən sonra o, anlamalıdır ki, biz artıq ordayıq. O, bunu başa düşür. Bu qərar Suriyada sülhün bərqərar olması üçün vacibdir”,- deyə Fransa prezidenti bildirib.

F.M.

loading...