Sabah İlham Əliyevin andiçmə mərasimi keçiriləcək

Loading...
Sabah İlham Əliyevin andiçmə mərasimi keçiriləcək
18:35 17-04-2018 | icon 22

Aprelin 18-də Azərbaycan prezidenti İlham Əliyevin andiçmə mərasimi keçiriləcək.

milletinsesi.info-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Qeyd edək ki, bu gün Konstitusiya Məhkəməsi 11 aprel 2018-ci ildə keçirilmiş prezident seçkilərinin nəticələrini təsdiq edib.

Konstitusiya Məhkəməsinin qərarı ilə MSK-nın yekun protokoluna əsasən, İlham Əliyev 86,02 faiz səslə prezident seçkilərinin qalibi olub.

Fəaliyyətdə olan Azərbaycan Respublikasının prezidenti öz vəzifələrini yeni seçilmiş Azərbaycan Respublikası prezidentinin öz vəzifəsinə başlamasına kimi həyata keçirir.

loading...