Bakıda NATO zabitləri təlim keçirlər - FOTO

Loading...
Bakıda NATO zabitləri təlim keçirlər - FOTO
18:15 17-04-2018 | icon 18

NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin təşkilatçılığı ilə ilk dəfə Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində NATO və tərəfdaş ölkələrin hərbi qulluqçuları üçün “ƏİK Məlumat Bazası” təlim kursu keçirilir.

milletinsesi.info-a Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirdə 25 NATO-ya üzv və tərəfdaş ölkədən 60-dək nümayəndə iştirak edir.

Kurs aprelin 19-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycan 2004-cü ildən ƏİK proqramına qoşulub. Ölkəmiz hazırda ƏİK Ortaq Qüvvələr Birliyinə bir tabor, bir kəşfiyyat bölüyü, HHQ-nin Mİ-17 helikopter cütlüyü və HDQ-nin Göyərtə Qrupunu bəyan edib.

loading...