Polis kapitanı federasiya prezidenti seçildi - FOTO

Polis kapitanı federasiya prezidenti seçildi - FOTO
16:40 17-04-2018 | icon 70

Azərbaycan Kunq-Fu Federasiyasının seçki-hesabat konfransı keçirilib. 

milletinsesi.info-a verilən məlumata görə, səsvermədə üstünlük qazanaraq prezident seçilən Nurlan Aslanovu gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov konfrans iştirakçılarına təqdim edib.

Qeyd edək ki, Nurlan Aslanov 2000-2001-ci ildən kunq-fu idman növü ilə məşğuldur. Avropa çempionatının gümüş mükafatçısı və dünya çempionudur. Ölkə prezidenti tərəfindən fəxri fərmanla təltif olunub. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşı, polis kapitanıdır.

Səbuhi TOFİQOĞLU