Dövlət və özəl sektordakı əməkhaqları bəlli oldu

Loading...
Dövlət və özəl sektordakı əməkhaqları bəlli oldu
15:55 17-04-2018 | icon 19

2018-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,2 faiz artaraq 510,8 manat təşkil
edib.

milletinsesi.info xəbər verir ki, əməkhaqqı neft sektorunda 2877,8 manat, qeyri-neft sektorunda 456,1 manat olub.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 393,8 manat, özəl müəssisələrdə isə
674,6 manat təşkil edib.

L.Ə.

loading...