Azərbaycanda fərdi sahibkarların cinsi mənsubiyyəti açıqlandı

Loading...
Azərbaycanda fərdi sahibkarların cinsi mənsubiyyəti açıqlandı
15:50 17-04-2018 | icon 18

2018-ci ilin aprelin 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçən fərdi sahibkarların sayı 804 minə yaxınlaşıb.

milletinsesi.info Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə hər altı fərdi sahibkardan beşi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi” və “Nəqliyyat və anbar təsərrüfatı” sahələri üzrə qeydiyyatdan keçirib. 

Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (29,8%), Aran (20,7%), Gəncə-Qazax (14,0%) və Lənkəran (10,1%) iqtisadi rayonlarında
qeydiyyata alınıb.

Fərdi sahibkarların 78,5 faizi kişilər, 21,5 faizi isə qadınlar olub.

Qadınlar “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 27,0 faizini, “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət sahəsində 25,6 faizini, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 20,7 faizini təşkil edir.

Sahibkar qadınların 31,7 faizi Bakıda, 17,6 faizi Aran, 17,0 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.

L.Ə.

loading...