Vəba xəstəliyindən yaranan əyləncə – FOTO

Vəba xəstəliyindən yaranan əyləncə – FOTO
05:05 17-04-2018 | icon 151

Tarixi 13-cü əsrə aid olan Venesiya Karnavalı hər il coşğu ilə qarşılanır.

Bir-birindən maraqlı və ənənəvi kostyumları ilə məşhur festivalın diqqətçəkən hekayəsi var.

milletinsesi.info xəbər verir ki, həmin dövrlərdə vəbadan əziyyət çəkən yerli əhali bədənlərindəki və üzlərindəki deformasiyanı gizləmək üçün maska və uzun kostyumlarla gəzməyə başlayır.

Xəstəliyin qarşısı alınır ancaq maska və kostyum məsələsi yüzillərdir gündəmdən düşmür.
Dəyişməyən digər detal isə vəbanı işarə edən maskalardakı kədərli və durğun üz mimikalarıdır.

Karnaval boyu qədim dövrlərə aid kostyumları və maskaları kirayələyib paytaxt küçələrində gəzən yerli və xarici turistlər Venesiyanın tarixi atmosferinə rəng qatır.

Karnavalla bağlı gəzən digər miflərdən biri isə varlı və kasıblar arasında görüntü və sinif fərqinin aradan qaldırılıb, bərabərliyini göstərmək üçün belə bir ənənənin başladılmasıdır.

Pərviz Hüseyn