Rusiyalı qadınlar İngilis futbolçuları təşvişə salıb

Loading...
Rusiyalı qadınlar İngilis futbolçuları təşvişə salıb
03:05 17-04-2018 | icon 16

Kreml futbol üzrə dünya çempionatında Britaniyalı futbolçuları yoldan çıxarmaq məqsədilə rusiyalı qadınlardan istifadə edə bilər.

milletinsesi.info “Daily Express”ə istinadən xəbər verir ki, bu sözləri Britaniyalı təhlükəsizlik və kəşfiyyat eksperti, professor Entoni Qlis dilə gətirib.

“Mən bilirəm ki, İngiltərə milli komandasının DÇ-2018 qələbə qazanmağa elə də böyük ümidləri yoxdur. Ancaq onların şansları artsa belə, rusiyalılar bu qələbəyə mane olacaq. Ya qida zəhərlənməsi yolu ilə, ya da füsunkar rus qadınları ilə buna nail olacaqlar.”, - deyə Qlis bildirib.

Ekspertin sözlərinə görə, gözəl xanımlar Kremlin bir taktikasıdır.

“Rus qadınların köməkliyi ilə oyunçuların diqqətini idman yarışlarından yayındırmaq bir Kreml taktikasıdır. Hətta Britaniyalı məmurlar bilirlər ki, rus qadınlardan uzaq durmaq lazımdır.”, - deyə professor qeyd edib.

F.M.

loading...