Moskva KSQT-nin iclasına “suriyalı aktyorları” gətirəcəyinə söz verdi

Loading...
Moskva KSQT-nin iclasına “suriyalı aktyorları” gətirəcəyinə söz verdi
01:40 17-04-2018 | icon 22

Rusiya tərəfi Suriyada kimyəvi hücumla bağlı təxribatın hazırlanmasına iştirak edənlərin Kimyəvi silahların qadağan edilməsi təşkilatının iclasına gətiriləcəyini vədd edib.

milletinsesi.info xəbər verir ki, bunu Rusiyanın KSQT-dəki daimi nümayəndəsi Aleksandr Şulqin bildirib.

“Biz artıq xəbərdar etmişik ki, onlar növbəti dəfə Suriya mövzusunu müzakirə etmək istəsələr, Haqaya  Ağ kaskalıların qurama çəkilişlərində iştirak etmiş insanları gətirəcəyik.

O insanlar ki, istər Dumada, istərsə də, Xan-Şeyxunda  könüllü və ya qeyri-ixtiyari şəkildə misli görülməmiş təxribatların iştirakçısına çevrilib.”, - deyə diplomat bildirib.

Bundan əvvəl Rusiyanın XİN-i Serqey Lavrov Dumada baş vermiş kimyəvi hücumun əslində xüsusi xidmət orqanlarının çəkdiyi səhnələşdirilmiş görüntü olduğuna dair danılmaz faktların olduğunu bildirmişdi.

F.M.

loading...