Rusiya ABŞ zərbələrinin “real hədəflərini” açıqladı

Loading...
Rusiya ABŞ zərbələrinin “real hədəflərini” açıqladı
23:35 16-04-2018 | icon 14

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov ABŞ, Britaniya və Fransanın Suriyaya endirdiyi zərbələrin real hədəflərinin təkcə Bərzə və Cərəmanidəki obyektlər deyil, eyni zamanda hərbi obyektlər, o cümlədə aerodromlar olduğunu bildirib.

milletinsesi.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Onun sözlərinə görə, raket zərbələrinin havada zərərsizləşdirilməsi məqsədilə Suriya ordusu “S-200”, “S-125”, “Osa”, “Kvadrat”, “Buk” və “Strela” HHM komplekslərindən istifadə edib.

Konaşenkov həmçinin bildirib ki, hədəfə alınmış obyektlər dərinlikdə yerləşən və ya HHM sistemi ilə yaxşı qorunan bunkerlər olmayıb və sözü gedən komplekslər olmasaydı onların məhv edilməsinə 10-dan az raket kifayət edərdi.

F.M.

loading...