Türkmənistanda gənc kişilərin xaricə getməsi qadağan edildi

Loading...
Türkmənistanda gənc kişilərin xaricə getməsi qadağan edildi
21:00 16-04-2018 | icon 18

Türkmənistanda yaşı 30-dan aşağı kişilərin xarici ölkələrə yollanmasına icazə verilməyəcək.

milletinsesi.info xəbər verir ki, bu barədə  “Azadlıq” radiosunun Türkmənistan xidməti Daşoğuz vilayətinin Miqrasiya xidməti əməkdaşları və yerli sakinlərinə istinadən məlumat yayıb.

Məlumata görə, bu gözlənilməz ölçünün qəbul olunmasında məqsəd vətəndaşların təhlükəsizliyini təmin etməkdir.

“Xaricə uçmağa çalışan 27 yaşlı tanışımı miqrasiya xidmətinin yerli şöbəsinə çağırdılar və onun biletini  alıb bildirdilər ki, Aşqabada yollanmasın. Belə ki, onların dediyinə görə,  göstərişə əsasən yaşı 30-dan aşağı kişilər ölkə hüdudlarından kənara buraxılmır”, - deyə mənbə bildirib.

Mənbənin sözlərinə görə, gənclərdən alınmış biletlərə görə onlara təzminat ödənilir.

Son aylar Türkmənistanda gənclərin ilk növbədə Türkiyəyə səfər etmələrinə əngəllər yaradılır.  Eyni zamanda yerli hökumətin ölkə xaricində oxuyan tələbələrin və əmək miqrantlarının vətənə geri qaytarılması üçün bir sıra tədbirlər gördüyü bildirilir.  

Bu arada, bəzi dövlət qurumlarında çalışan işçilərdən qazanc məqsədilə ölkə xaricinə getməmə haqqında iltizam alınıb.

F.M.

loading...