Ağ Ev Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir

Loading...
Ağ Ev Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
20:15 16-04-2018 | icon 15

Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi məsələsini nəzərdən keçirdiyini bəyan edib.

milletinsesi.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Biz Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqinin mümkünlüyünü nəzərdən keçiririk, qərar ən yaxın zamanda qəbul oluna bilər”, - deyə Sanders qeyd edib.

Ağ Evin sözçüsü yeni sanksiyalar paketinin hazırlanmasının səbəbini açıqlamayıb.

Habelə bundan əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli, Suriyadakı vəziyyətlə əlaqədar Moskvaya qarşı yeni məhdudlaşdırıcı ölçülərin qəbul olacağını xəbərdar etmişdi.

F.M.

loading...