Füzulidə raket mərmisi aşkarlanıb

Füzulidə raket mərmisi aşkarlanıb
20:05 16-04-2018 | icon 79

Aprelin 16-da  Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinə (ANAMA) Füzuli rayonu, Gecəgözlü kəndi ərazisində bir ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

milletinsesi.info xəbər verir ki,  Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə 1 otlaq sahəsinə  baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd partlamış raket mərmisi aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş partlamış raket mərmisinin ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.