İbrahimoviç mundialda iştirak edəcəyinə işarə vurdu – FOTO

Loading...
İbrahimoviç mundialda iştirak edəcəyinə işarə vurdu – FOTO
18:45 16-04-2018 | icon 22

ABŞ-ın “Los-Anceles Qalaksi” klubunun futbolçusu Zlatan İbrahimoviç növbəti dəfə dünya çempionatında iştirak edəcəyinə eyham vurub.

milletinsesi.info xəbər verir ki, təcrübəli futbolçusu öz “Twitter” hesabında bu barədə qeyd edib:

“Dünya çempionatında oynamaq şansım çox yüksəkdir”.

36 yaşlı futbolçunun İsveç millisində son matçı 2016-cı il Avropa çempionatının Belçikaya qrupda 0:1 uduzduqları oyun olub. Bundan sonra İbrahimoviç milli karyerasını bitirdiyini açıqlayıb.

Onu da bildirək ki, MLS liqası Rusiyada keçiriləcək dünya çempionatı zamanı doqquz gün – iyunun 14-dən 22-dək fasilədə olacaq. İsveç millisi isə mundialdakı qrup matçlarını iyunun 18-də Cənubi Koreya, iyunun 23-də Almaniya və iyunun 27-də Meksika ilə keçirəcək. İyunun 30-da isə “Los Anceles Qalaksi”nin özünün oyunu var.

Qeyd edək ki, ötən ay İbrahimoviç İsveç mediasına açıqlamasında onun üçün millinin qapılarının bağlanmadığını bildirmiş və yerli federasiyanın hər gün onu yığmaya çağırdığını iddia etmişdi. Lakin bundan sonra məlum olmuşdu ki, FIFA qaydalarına əsasən, onun Bethard bukmeker qurumu ilə kommersiya əməkdaşlığının olması mundialda iştirak etməsinə əngəldir.

Bunun ardından Zlatan İbrahimoviç “Eurosport”a açıqlamasında onu heç kimin saxlaya bilməyəcəyini bildirmişdi:

“FIFA məni saxlaya bilməz. Əgər mən orada olmaq istəsəm, orada olacağam”.  

Səbuhi TOFİQOĞLU

loading...