Xəyyam Nisanov ata olacaq

Xəyyam Nisanov ata olacaq
14:40 16-04-2018 | icon 159

Müğənni Xəyyam Nisanov “Xəzər maqazin”ə şəxsi həyatı ilə bağlı açıqlama verib.

milletinsesi.info xəbər verir ki, sənətçi yay aylarında ata olacağını deyib:

“Mənim üçün çox sevindirici haldır. Hər bir insan kimi, mən də evlənəndən sonra uşağım olsun istədim. Yay ərəfəsində sizləri sevindirəcəm. 

Uşağın qız və ya oğlan olmasını hamı soruşur. Bu haqda danışmağı sevmirəm, heç özüm də cinsini bilmirəm. Bir övladla iş bitməyəcək. Mən dörd övlad istəyirəm”.

Xatırladaq ki, Xəyyam ötən ilin mayında Nərmin adlı xanımla ailə qurub.

Pərviz Hüseyn