Merkel Türkiyəni qınadı

Loading...
Merkel Türkiyəni qınadı
23:30 21-03-2018 | icon 16

Almaniya kansleri Angela Merkel Bundestaqa Türkiyə Silahlı Qüvvələrinin Afrin əməliyyatları ilə bağlı açıqlamalar verib.

Millətinsəsi.info-nun alman mətbuatına istinadən məlumatına görə, Merkel açıqlamasında təhlükəsizliklə bağlı olsa da Afrin hərəkatının qəbuledilməz olduğunu deyib:

"Türkiyə Silahlı Qüvvələrinin Afrinlə bağlı keçirdikləri əməliyyatlardan xəbərim var. Mən bunu dəstəkləmir və ən güclü şəkildə qınayıram".

Bundan əlavə, Almaniya kansleri açıqlamasında Əsəd rejiminin Şərqi Qutada həyata keçirdiyi hava əməliyyatlarını da qınayaraq, Rusiyanı bu prosesi izləməkdə günahlandırdığını bildirib.

Qeyd edək ki, bir müddət öncə Amerika Birləşmiş Ştatları da Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirilən Afrin əməliyyatını pisləmiş və qınamışdı.

loading...