ÇL: Barselona və Bavariya növbəti mərhələdə – VİDEO

ÇL: Barselona və Bavariya növbəti mərhələdə – VİDEO
02:55 15-03-2018 | icon 78

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmaları keçirilib.

Millətinsəsi.info xəbər verir ki, "Bavariya" və "Barselona" klubları növbəti mərhələyə vəsiqə qazanıb.

İstanbulun “Vodofone Arena” stadionunda baş tutan cavab qarşılaşmasında “alman maşını”  "Beşiktaş"ı 1:3 hesabı ilə məğlub edib.

Qolları Tiaqu Alkantara və Sandro Vaqner vurub. Gökhan Könül 46 –cı dəqiqədə avtoqola imza atıb. Beşiktaş komandasının heyətində Vaqner Lav  oyunun 84-cü dəqiqəsində təsəlli qolunu vurub.  

Xatırladaq ki, Münhendə keçən ilk oyunda alman komandası “qartalları” 5:0 hesabı ilə məğlub etmişdi.

Kamp Nouda  isə "Barselona" klubu "Çelsi"ni 3:0 hesabı ilə darmadağın edib. Messi dubl edərək (3 və 63-cü dəqiqələrdə) avrokubok turnirlərində 100-cü qoluna imza atıb. 20 dəqiqədə hesabı 2:0 çatdıran  Osman Dembele isə katalon klubunda ilk dəfə seçilib. 

Xatırladaq ki, Londonda keçən ilk qarşılaşmada 1:1 bərabərlik qeydə alınmışdı.   

F.M.