Brüssel miqrantlara görə Türkiyəyə 3 milyard avro ayıracaq

Loading...
Brüssel miqrantlara görə Türkiyəyə 3 milyard avro ayıracaq
21:05 14-03-2018 | icon 15

Rəsmi Brüssel miqrant böhranı ilə mübarizə üçün Türkiyəyə vədd etdiyi 3 milyard avroluq maliyyə yardımı ayırmağa hazırlaşır.

Millətinsəsi.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının saytında məlumat dərc olunub.

Məlumatda Avropa Komissiyasının 500 minə yaxın uşağı təhsillə təmin edən və 1,2 milyon nəfərə aylıq müavinət verən Qaçqınlara yardım fonduna əlavə maliyyə vəsaiti ayıracağı qeyd olunur.  

Qeyd olunur ki, 3 milyard dollarlıq məbləğ miqrant böhranı ilə mübarizə üçün Ankaraya ayrılmış ikinci tranşdır. İlk tranş 2017-ci ilin sonuna kimi tam köçürülüb.

Xatırladaq ki, 2016-cı ilin mart ayında Türkiyə və Avropa İttifaqı miqrasiya böhranının həll edilməsi prinsipləri ilə bağlı sövdələşmə bağlayıb. Sazişə görə, Brüssel Ankaraya 2019-cu ilə kimi 6 milyard avro maliyyə yardımı göndərməyi öhdəsinə götürüb.

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ötən ilin dekabr ayında Avropa İttifaqını tənqid atəşinə tutaraq, suriyalı qaçqınların təminatı üçün vədd olunan vəsaiti ayırmadığını bildirmişdi.

F.M.

loading...