Ermənistan Azərbaycana 818 milyard dollarlıq ziyan vurub

Ermənistan Azərbaycana 818 milyard dollarlıq ziyan vurub
13:15 14-03-2018 | icon 65

Ermənistanın işğalı nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına 818 milyard 880 milyon ABŞ dolları məbləğində maddi ziyan deyib.

Millətinsəsi.info-nun xəbərinə görə, bunu azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş elmi-praktik konfransda Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev deyib.

O bildirib ki, bu məbləğ məhkəmə ekspertizasının hesablamalarına əsasən müəyyən edilib.

Şöbə rəisi qeyd edib ki, istintaq zamanı işlər üzrə ümumilikdə 75 mindən artıq istintaq hərəkəti icra edilib, 296 şəxsin cinayətləri sübuta yetirilib.