Binəli Yıldırım Bakıya gəlir

Binəli Yıldırım Bakıya gəlir
17:35 13-03-2018 | icon 70

Türkiyənin baş naziri Binəli Yıldırım martın 14-də Azərbaycana səfər edəcək.

Millətinsəsi.info “Anadolu”ya istinadən xəbər verir ki, səfərdə məqsəd Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçiriləcək 6-cı Qlobal Bakı Forumuna qatılmaqdır.

Səfər çərçivəsində Yıldırımın Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi, Milli Məclisin sədri Oqtay Əsədov və baş nazir Artur Rasi-zadə ilə bir araya gələcəyi gözlənilir.

Həmçinin, qeyd olunur ki, B. Yıldırım 6-cı Qlobal Bakı Forumunda “Güc: Böyük güclər və diğərləri” adlı paneldə çıxış edəcək.

Səfər martın 15-i başa çatacaq.

Kamil HƏMZƏOĞLU