Prezident: İqtisadiyyatımız əsasən qeyri-enerji sektorunda inkişaf edir

Prezident: İqtisadiyyatımız əsasən qeyri-enerji sektorunda inkişaf edir
23:05 15-02-2018 | icon 93

2018-ci il yanvar ayının nəticələri göstərir ki, iqtisadiyyatımız əsasən qeyri-enerji sektorunda inkişaf edir.

Millətinsəsi.info-nun məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında deyib.

Dövlət başçısı burada iqtisadi artımın 4 faizə yaxın olduğunu qeyd edib: “Yanvarda sənayemizin qeyri-enerji sektorunda iqtisadi artım 8,7 faiz olub. Azərbaycanın valyuta ehtiyatları ümumi daxili məhsula bərabərdir.

Prezident qeyd edib ki, iqtisadiyyatın şaxələndirilməsinin ən yaxşı göstəricisi Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsidir: “Son qiymətləndirmə göstərir ki, Azərbaycan rəqabət qabiliyyətinə görə dünyada 35-ci yerdədir. İnkişaf etməkdə olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan 3-cü yerdədir”.

A.M.